Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqlənib

2019-09-06 11:20

GünAz TV: Ərdəbil Ədliyyə İdarəsi Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin haqda Ərdəbil 2 nömrəli Məhkəməsinin çıxardığı 3 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

 

Apelyasiya məhkəməsinin iclası hakim Nasir Ətəbatinin sədrliyi ilə keçirilib.

 

Azərbaycanlı fəal avqustun 18-də Ərdəbil Ümumi və Hüquqi Məhkəməsinin 9-cu şöbəsində mühakimə olunub. O dövlət avtomobilinə vurulan ziyanın ödənilməsi, məhkəmə prosesi ilə əlaqədar önədiləcək məbləğ və ödənilməsi təxirə düşən ziyanın tələbi ilə bağlı ittihamlara görə mühakimə olunub və 450 min tümən nağd cərimə ödəməyə məhkum olunmuşdur.

 

Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.

Hökmdə həmçinin qeyd olunub ki, məhkəmə qərarı Polis İdarəsinin şikayəti əsasında və Ərdəbil Əyaləti Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəsizlik Bölümünün raportlarına istinadən çıxarılıb.

 

Apelyasiya Məhkəməsinin çıxardığı hökmdə isə Müctəba Pərvinin gətirdiyi dəlillərin qanedici olmadığı və bu səbəbdən hökmün qüvvədə saxlanıldığı qeyd olunub.

 

Müctəba Pərvin həmin dosye ilə əlaqədar 2018-ci il oktyabrın 9-da öz atası evində saxlanılıb. Fəalın qanunsuz yığıncaqda iştirak etməklə bağlı ittihamı Ərdəbil Məhkəməsinin 12-ci şöbəsində elan olunduqdan sonra o həmin gün mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02

gun az article

Meşginşəhrdə 15 yeni tarixi məntəqə aşkarlanıb

2020-06-02

gun az article

Ərdəbildə davada xəsarət  alanların sayında 2.5% artım müşahidə olunur

2020-06-02

gun az article

Təbrizli sənətçilər Azərbaycanın Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

2020-06-02

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayında rekord artım

2020-06-02