Murtaza Şokri saxlanılıb -Əhərdə

Murtaza Şokri saxlanılıb -Əhərdə

GünAz TV: Əhər şəhəri sakini olan güney azərbaycanlı milli-mədəni fəal Murtaza Şokri saxlanılıb.

 

Məlumata görə, azərbaycanlı fəal öz iş yerində saxlanılaraq məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün Əhər zindanına aparılıb.

 

Fəal Əhər İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən məlum “fitilə” verilişinə qarşı etiraz aksiyasına qatıldığı üçün 7 ay həbs cəzasına məhkum edilib, birinci instansiya məhkəməsinin qərarı ötən il Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

 

Eyni ittihama görə həbs edilən güney azərbaycanlı fəallardan biri də Saleh Molla Abbasidir. 10 ay həbs cəzasına məhkum olunan fəal 2 aydan çoxdur ki, Əhər zindanında həbs edilib.

 

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında türklərin əleyhinə kobud təhqirə yol verən məlum “fitilə” verilişinə etiraz olaraq Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qum, Meşkinşəhr (Xiyav), Xoy və digər Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirildi. İranın güc strukturları dinc keçirilən aksiyalara güc tətbiq edərək çox sayda soydaşımızı saxlanılıb, onları məhkəmə qarşısına çıxarıldılar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN