Müsavat Partiyası Abbas Lisaninin qeyd-şərtsiz azadlığa buraxılması haqda bəyanat yayıb

2019-02-06 12:01

GünAz TV: “Abbas Lisani başda olmaqla İran həbsxanalarında saxlanılan bütün milli fəalların bəraət verilməklə dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik.”

 

Bu barədə Azərbaycanın Müsavat Partiyasının növbəti dəfə həbs edilmiş Abbas Lisaninin azad olunması tələbi ilə yaydığı bəyanatda deyilir.

 

Sənəddə bildirilir ki, İranda azərbaycanlı milli fəallara qarşı təzyiq və təqiblər davam edir.

 

“Bu günlərdə milli-mədəni fəal, azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizənin liderlərindən biri Abbas Lisani İran rejimi tərəfindən növbəti dəfə həbs olunub. Bundan əvvəl də Babək qalası yürüşü və Savalan dağını ziyarət etdikləri üçün xeyli sayda azərbaycanlı fəal, o cümlədən Abbas Lisani İran məhkəmələri tərəfindən həbsə məhkum edilmişdi,” bəyanatda qeyd edilir.

 

Müsavat Partiyası bütün bu baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, vətəndaşların milli mənsubiyyətinə görə təqib edilməsi hesab edirək qətiyyətlə pisləyir.

 

“Dünya azərbaycanlılarını Güney Azərbaycanda baş verən haqsızlıqlara biganə qalmamağa, orada hər cür təqib və basqı altında milli azadlıqlar uğrunda mübarizə aparan soydaşlarımızın səsinə səs verməyə çağırıram. Bu vətən bizimdir,” Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

Arif Hacılı

 

Onun fikrincə, Güney Azərbaycanda yaşayan milyonlarla soydaşı ən elementar hüquq və azadlıqlardan məhrum edilib.

 

“İran rejimi insan haqları, milli ayrıseçkiliyə son qoyulması, Azərbaycan dilində təhsil və digər mədəni-milli hüquqlar uğrunda mübarizə aparan fəallara qarşı amansız repressiya siyasətini davam etdirir. Azadlıqlar uğrunda mübarizə aparan soydaşlarımız təzyiq və təqiblərə məruz qalır, ölkədən didərgin salınır, həbs edilir.”

 

Müsavat başqanı deyib ki, azadlıq mübarizəsinin liderlərindən biri, son 20 ildə dəfələrlə həbs olunmuş, Beynəlxalq Amnistiya (Amnesty İnternational) Təşkilatı təfindən vicdan məhbusu elan edilmiş Abbas Lisani yenə də İran rejiminin hədəfindədir.

 

“Abbas Lisani üç həftədən çoxdur ki, xüsusi xidmət orqanları tərəfindən oğurlanıb. Soydaşımıza cismani cəza verildiyi, onun işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb. İran rejimindən Abbas Lisani və digər fəalların dərhal azadlığa buraxılmasını tələb edirəm,” Arif Hacılı qeyd edib.

 

Abbas Lisani Güney Azərbaycanın məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. O, Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. Fəal yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil həbsxanasına intiqal edilib. O hazırda zindanda aclıq aksiyası keçirir. Fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03