Parsabad Ettelaat Şöbəsinin rəisi Səccad Monadinin avtomobilini təmir sexindən aparıb

Parsabad Ettelaat Şöbəsinin rəisi Səccad Monadinin avtomobilini təmir sexindən aparıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin avtomobili Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti tərəfindən təmir sexindən aparılıb.

 

Həzrəti sentyabrın 12-də bir neçə məmurla birlikdə məhkəmə hökmü təqdim etmədən avtomobili təmir sexindən götürərək Parsabadın Ettelaat Şöbəsinə aparıb.

 

Ettelaat əməkdaşları Səccad Monadinin şəxsi avtomobilinin təmiri ilə əlaqədar sexin sahibini hədələyiblər.

 

Muğanlı milli-mədəni fəallardan biri baş verən hadisədən nigaranlığını bildirərək GünAz TV-yə bunları deyib:

“Avtomobilin Ettelaat Şöbəsinə aparılması səbəbsiz deyil. Həzrəti, Siyamək Mirzayinin dosyesini qondarma ittihamlarla ağırlaşdıran şəxsdir. O Siyaməkə çox zülm edib. Həzrəti ümumiyyətlə türklərə ziddir. Milli-mədəni fəalları incitmək və onlara təzyiq göstərmək Həzrəti üçün böyük əyləncə sayılır. Onu heç nə fəallara zülm etmək qədər sevindirmir”- deyə muğanlı fəal bildirib.

 

Sentyabrın 12-də Həzrəti də daxil olmaqla Parsabad Ettelaat Şöbəsinin əməkdaşları Səccad Monadinin ata evinə hücum çəkərək onu yaxalamaq istəyiblər, lakin fəal evdə olmadığı üçün bu mümkün olmayıb.

Məlumata görə, evdə axtarış aparılıb, fəala aid kompüter, flash kart, pasport və milli kart Ettelaat əməkdaşları tərəfindən götürülüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN