Ramin Cəbrəili Ettelaat İdarəsinə çağırılaraq sorğu-suala tutulub – Təbrizdə

Ramin Cəbrəili Ettelaat İdarəsinə çağırılaraq sorğu-suala tutulub – Təbrizdə

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Təbrizin Ettelaat İdarəsinə çağırılaraq bir neçə saat sorğu-suala tutulub.

 

Məlumata görə, əllərində məhkəmə hökmü olan təhlükəsizlik qüvvələri oktyabrın 2-də fəalın ata evinə müraciət edərək evdə axtarış aparıblar. Ramin Cəbrəili evdə olmadığı üçün o Ettelaat İdarəsinə çağırılıb.

 

Təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın oktyabrın 3-də Təbriz Ettelaat İdarəsinin 37-ci otağına müraciət etməsini tələb edib, əks halda ona qarşı tədbir alınacağını bildirilib.

 

Ramin Cəbrəili təyin olunan vaxtda Ettelaat İdarəsinə müraciət edib, onun bir neçə saat sorğu-suala tutulduğu bildirilir.

 

Dindirilmə zamanı fəala Azərbaycan Milli Hərəkatının tanınmış fəalları ilə əməkdaşlığa son qoyması barədə xəbərdarlıq edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN