Rəhman Qasimi müvəqqəti azadlığa buraxılıb

Rəhman Qasimi müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Rəhman Qasimi mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

O noyabrın 1-də 20 milyon tümənlik mülki vəsiqə girov qoyulduqdan sonra Təbrizin Mərkəzi Zindanından azad edilib.

 

Azərbaycanlı fəal oktyabrın 29-da Təbrizə səfər etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır. Onun saxlanma səbəbi barədə hələlik heç bir məlumat yoxdur.

 

Rəhman Qasimi urmiyəli fəal xanım Ulduz Qasiminin qardaşıdır. Bu bacı-qardaşlar mədəni fəaliyyətlərinə görə dəfələrlə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

Rəhman Qasimi sonuncu dəfə 2018-ci il iyunun 7-də Babək qalası mərasimindən bir gün sonra Urmiyədə saxlanmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN