Rəştdə saxlanılan güney azərbaycanlı fəaldan heç bir məlumat olmaması ailəsinin nigaranlığına səbəb olub

Rəştdə saxlanılan güney azərbaycanlı fəaldan heç bir məlumat olmaması ailəsinin nigaranlığına səbəb olub

GünAz TV: İki həftədən çoxdur Rəşt şəhərində yoxa çıxan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrunun vəziyyəti barədə bu günədək heç bir xəbər yoxdur.

Səlahiyyətli məsullar hətta onun harada saxlandığı və ittihamı barədə məlumat verməkdən imtina edir. Bu vəziyyət Nikru ailəsinin nigaranlığına səbəb olub.

 

Azərbaycanlı fəal Rəşt Ettelaat İdarəsinin ardıcıl təhdidlərindən sonra saxlanılıb.

 

Məlumata görə, Rəşt sakini olan milli-mədəni fəala mayın 22-də bir neçə dəfə zəng edilib, fəal şübhəli zənglərdən sonra yaxınlarına saxlanıla biləcəyi barədə məlumat verib.

 

Artıq 2 həftədən çoxdur ki, fəaldan heç bir xəbər yoxdur, yaxınlarının fikrinə görə o təhlükəsizlik qüvvələri tərəfindən tutulub, lakin kimsə harada saxlandığını bilmir.

 

Fəal Ettelaat İdarəsi tərəfindən təhdid edildiyinə görə həmin idarə tərəfindən saxlandığı ehtimal olunur.

 

Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib, o yardım etmə prosesində aktiv iştirakçılardan biri olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN