Rəsul Rəzəvinin azadlığını tələb edən İmzatoplama Kampaniyası başladılıb

2016-10-09 10:33

GünAz TV: Təbriz zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvinin azadlığını tələb edən İmzatoplama Kampaniyası başladılıb.

Oktyabrın 8-də işə başlayan kampaniyaya qısa müddətdə çox sayda soydaşımız qatılıb.

İmzatoplama Kampaniyasının mətnində qeyd olunur ki, “Rəsul Rəzəvi 2015-ci il noyabrın 9-da 40 milyon Azərbaycan türkünü təhqiri edən İran televiziyasının irqçi “Fitilə” verilişinə etiraz etdiyinə görə 13 ay həbs cəzasına məhkum edilib.”

Azərbaycanlı fəal oktyabrın 3-də Təbriz zindanında yenidən aclıq aksiyasına başlayıb.

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlar və işgəncələrə məruz qaldığına etiraz olaraq aclığa başlayan fəal, azadlığa buraxılanadək aksiyanı davam etdirəcəyini bildirib.

Bundan öncə R.Rəzəvi yaydığı Səs Faylında aclıq aksiyasına başladığını elan edib. “Azərbaycan millətinin hüquqlarının tapdalanması və fars irqçiliyinin kökü Pəhləvi dövrünün əvvələrinə söykənir, bu vəziyyət İslam Cümhuriyyəti dövründə də davam etdirilib və edir. Sistemin əsas məqsədi, İranda yaşayan qeyri-fars millətlərinin dil və mədəniyyətinin məhv edilməsi və fars dilinin onlara sırınmasıdır. Mən bu vəziyyətə etiraz edən bir şəxs kimi, 5 dəfə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və oğurlanmışam. Saxlanıldığım müddətdə isə müxtəlif işgəncələr və təhqirlərə məruz qalmışam. 28 gün aclıq aksiyası keçirdikdən  sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırdım, lakin zülmkarların qeyri-insani rəftarları davam etdiyinə görə yenidən aclıq aksiyasına başlamağa qərar verdim, bundan başqa heç bir çıxış yolum yoxdur.”- deyə R.Rəzəvi yaydığı Səs Faylında bildirib.

Azərbaycanlı fəalın müraciəti “Yaşasın Azərbaycan, Yaşasın ana dili, Yaşasın Azərbaycan milləti” sözləri ilə sona çatıb.

Rəsul Rəzəvinin azadlığını tələb edən İmzatoplama Kampaniyasına qoşulmaq üçün BURANI tıklayın.

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“Liqvan” pendirinə qarşı aparılan təbliğatdan sonra Güney Azərbaycanda “Mihən” məhsulları boykot edilib

2020-06-06

gun az article

Zəncan əyalətində baş verən iki yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

2020-06-06

gun az article

Ərdəbil əyalətində 45 yeni koronavirusa yoluxma halı aşkar edilib

2020-06-06

gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03