Rza Zareinin apelyasiya məhkəməsi keçirilib – Təbrizdə

Rza Zareinin apelyasiya məhkəməsi keçirilib – Təbrizdə

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Rza Zareinin apellyasiya məhkəməsi keçirilib.

 

Fəal məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsində tələb olunduğu kimi oktyabrın 7-də Təbrizdə Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.

 

Apellyasiya məhkəməsində fəalın üzləşdiyi “fiziki şəxslərə məxsus lövhələri təxrib etmək”, “sistemin əleyhinə təbliğat aparmaq”, “təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq” və “ölkənin təhlükəsizliyinin əleyhinə sözləşmə və toplaşma” kimi qondarma ittihamlara baxılıb.

 

Rza Zarei özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək Təbriz İnqilab Məhkəməsinin çıxardığı hökmə kəskin etiraz bildirib və həbs qərarına yenidən baxılmasını istəyib.

 

Fəal 2018-ci il oktyabrın 17-də “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən Təbrizdə tutulub. O 17 gün Ettelaat İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Son vaxtlar güney azərbaycanlı fəallara qarşı təzyiqlər artıb. Bir neçə fəal təhlükəsizlik orqanlarına çağırılaraq hədələnib, onlara mədəni fəaliyyətləri ilə bağlı sərt xəbərdarlıq edilib.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN