Şahin Bərzgər azadlığa buraxılıb

Şahin Bərzgər azadlığa buraxılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər fevralın 10-u səhər saatlarında Təbrizin Mərkəzi Zindanından  azadlığa buraxılıb.

 

3 aylıq həbs cəzasını çəkmək üçün həbs edilən fəal 12 gün saxlandıqdan sonra sərbəst buraxılıb.

 

Fəal, həbs hökmü 1 ildən az olduğu üçün İranda tətbiq olunan əfv qərarına əsasən azad edilib.

 

Azərbaycanlı fəal sərbəst buraxıldıqdan dərhal sonra mərhum Həsən Dəmirçinin məzarının ziyarətinə gedib. O bununla Azərbaycan Milli Hərəkatının mərhum fəalı, musiqi ustadı Həsən Dəmirçiyə olan hörmətini bir daha nümayiş etdirmək istəyib.

 

Şahin Bərzgər əsgər olduğu zaman mərhum azərbaycanlı fəal Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə və həbsdə olan azərbaycanlı fəallara dəstək verdiyinə görə ötən yay aylarında saxlanılıb və Təbriz zindanında sorğu-suala tutulub.

 

Sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq kimi qondarma ittihamlarla üzləşən Şahin Bərzgər Hərbi Məhkəmənin 1-ci şöbəsində mühakimə olunaraq  3 ay həbs cəzasına məhkum edilmişdir. 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN