Şahin Bərzgər Təbrizin Mərkəzi zindanından müvəqqəti azadlığa buraxılıb

Şahin Bərzgər Təbrizin Mərkəzi zindanından müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər Təbrizin Mərkəzi Zindanından mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Şahin Bərzgər 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə öz evlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O həmin etirazlar zamanı saxlanılan çox sayda azərbaycanlı milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlanıldı.

 

Azərbaycanlı fəal təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin təcridxanasında işgəncələr altında saxlandıqdan sonra fevralın 3-də həbsxanaya köçürülmüşdür.

 

Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN