Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir - GÖRÜNTÜ

Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir - GÖRÜNTÜ

GünAz TV: Ötən günlərdə həbs edilən azərbaycanlı milli-mədəni fəal və rəqs müəllimi Şahin Bərzgərin şagirdləri onun azadlığa buraxılmasını tələb edir.

 

Məlumata görə, şagirdlər müəllimlərinin şəkili əks olunan plakatlar qaldıraraq onun həbs edilməsinə etiraz edib və sərbəst buraxılmasını istəyiblər. Plakatlarda şəkillə yanaşı “Ustad darıxırıq tez gəl” sözü də qeyd olunub.

 

Təbrizli fəal yanvarın 30-da 3 aylıq həbs cəzasını çəkmək üçün yaşadığı şəhərin mərkəzi zindanında həbs olunub.

 

O əsgər olduğu zaman mərhum azərbaycanlı fəal Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə və həbsdə olan azərbaycanlı fəallara dəstək verdiyinə görə saxlanılıb və Təbriz zindanında sorğu-suala tutulub.

 

Sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq kimi qondarma ittihamlarla üzləşən Şahin Bərzgər Hərbi Məhkəmənin 1-ci şöbəsində mühakimə olunub. 3 ay həbs cəzasına məhkum edilən fəal 70 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Hökmlə bağlı fəalın şikayətinə baxan Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi onun etirazını rədd edərək həbs qərarını olduğu kimi qüvvədə saxlanıb.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN