Saleh Molla Abbasi və Süleyman Kazimi Əhər həbsxanasından məzuniyyətə buraxılıb – koronavirusla bağlı

Saleh Molla Abbasi və Süleyman Kazimi Əhər həbsxanasından məzuniyyətə buraxılıb – koronavirusla bağlı

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Saleh Molla Abbasi və Süleyman Kazimi koronavirusun cəza müəssisəsində yayılması səbəbindən Əhər həbsxanasından məzuniyyətə buraxılıb.

 

Məlumata görə, həbsxanada bir neçə məhbus koronavirusa yoluxduqdan sonra bəzi məhbuslar, o cümlədən Saleh Molla Abbasi və Süleyman Kazimi aprelin 4-dək evə buraxılıb.

 

Adını çəkdiyimiz fəallar ötən günlərdə koronavirusun həbsxanada yayılması ilə əlaqədar aclıq aksiyası keçirib. Fəallar məsullardan siyasi məhbusların saxlandığı korpusu adi məhbusların bölümündən ayırmasını tələb edib. Lakin onlar bu tələblərinə görə ağır işgəncələrə məruz qalmışdır.

 

Saleh Molla Abbasi və Süleyman Kazimi İran televiziyasında yayımlanan məlum təhqiramiz “Fitilə” verilişinə edilən etirazlarla əlaqədar saxlanılıb və həbs cəzasına məhkum edilib.

 

Məhkəmə Saleh Molla Abbasini 10 ay, Süleyman Kazimini isə 7 ay azadlıqdan məhrum edib.

 

Ötən günlərdə müxtəlif insan hüquqları qurumları İran rejiminə müraciət edərək ölkədə koronavirusun yayılması ilə əlaqədar siyasi məhbusları müvəqqəti azadlığa buraxmağa çağırıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN