Sarab Məhkəməsi azərbaycanlı fəalı sərbəst buraxmaq üçün təyin olunan vəsiqəni qəbul etməkdən imtina edir

Sarab Məhkəməsi azərbaycanlı fəalı sərbəst buraxmaq üçün təyin olunan vəsiqəni qəbul etməkdən imtina edir

GünAz TV: Sarab Məhkəməsi Səhənd Məalinin dosyesi ilə əlaqədar araşdırmaların yekunlaşmadığını bəhanə edərək fəalın azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni qəbul etməkdən imtina edir.

 

Fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 300 milyon riallıq mülki vəsiqə təyin edib, lakin Ettelaat İdarəsinin tapşırığı ilə hakimin çıxardığı hökm icra olunmur. Bu barədə fəalın ailə üzvlərinə bildirilib ki, Səhənd Məali haqda araşdırmalar hələ yekunlaşmayıb.

 

Hazırda fəal qanunsuz olaraq Sarab zindanında saxlanılır.

 

İyulun 5-də təhlükəsizlik qüvvələri sarablı milli-mədəni fəal Səhənd Məalinin ata evinə hücum çəkərək onu saxlayıblar. Məmurlar məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparıb. Məalı ailəsini təhdid edən təhlükəsizlik qüvvələri, azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüterini özləri ilə götürüblər.

 

Babək qalası yürüşü ərəfəsində İranın təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə ev və iş yerlərinə hücum çəkərək onlarla azərbaycanlı fəalı saxlayıb, onların əksəriyyəti işgəncə edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN