Savalan dağında kütləvi saxlanma: Onlarla azərbaycanlı fəal tutulub

Savalan dağında kütləvi saxlanma: Onlarla azərbaycanlı fəal tutulub

GünAz TV: Güney Azərbaycanın Savalan dağında onlarla azərbaycanlı milli-mədəni fəal İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri tərəfindən saxlanılıb.

 


“Sepah”ın təhlükəsizlik bölümü əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı məlum deyil.

 

GünAz TV-yə verilən məlumata görə, saxlanılan fəallardan yalnız bir neçəsinin kimliyi müəyyən edilib:

-        Cavad Şokri (Duman)

-        Məhəmməd və Rəsul Qövmzadə

-        9 yaşlı Elman və bacısı Aysuda

-        Əhməd Nəsiri və iki azyaşlı qızı

-         Aydın Zakiri

-        Tohid Əmir Əmini

-        Saleh Piçqanlu

-        Rza İbrahimi

-        Mustafa Pərvin

-        Muctaba Pərvin

-        Rəhim Noruzi

-        Yusif Kari

-        Mehdi Dustdar

-        Əli Beyrami

-        Babək Nikzad

-        Yunis Quluzadə

-        Hüseyn Rəxşani

-        Mehdi Huşmənd

 

Hələlik fəalların hansı şəraitdə tutulduğu və saxlanma səbəbləri barədə heç bir xəbər yoxdur, bu haqda əlavə məlumat diqqətinizə çatdırılacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN