Səccad Monadinin 1 illik həbs cəzası təsdiqlənib

2019-04-22

GünAz TV: Ərdəbil Şəhər Apelyasiya Məhkəməsi Muğanın Parsabad şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Monadinin 1 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

 

Məlumata görə, Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən aprelin 18-də Səccad Monadiyə göndərilən hökmdə həbs cəzasının təsdiqləndiyi və etirazın rədd olunduğu qeyd olunub.

 

Hökmdə qərarın təsdiq olunmasına səbəb kimi, Parsabad Şəhər Bəsic Bölməsi komandanının raportu və fəalın açıq etiraf etməsi göstərilib. Halbuki, əldə olunan məlumata görə, azərbaycanlı fəal özünmə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

 

2018-ci ilin sentyabr ayında Parsabad Ettelaat Şöbəsinin əməkdaşları Səccad Monadinin ata evinə hücum edib, axtarış apardıqdan sonra fəala məxsus kompüter, flash kart, pasport və milli kartı özləri ilə götürüblər.

 

Parsabad 2 nömrəli Cəza Məhkəməsinin 102-ci Şöbəsinin rəisi Firuz Fərahani Məzrəə Cahan 2019-cu il yanvarın 8-də fəal haqda 1 illik həbs hökmü çıxarıb.

 

Azərbaycanlı fəal millətçi məhbuslara dəstək vermək və milli zəmində fəaliyyət göstərmək ittihamı ilə həbs cəzasına məhkum edilib.

 

Muğan məntəqəsində fəaliyyət göstərən azərbaycanlı milli fəalların əksəriyətinin məhkəmə işinə hakim Firuz Fərahani Məzrəə Cahan baxır. O Muğan Ettelaat Şöbəsinin rəisi Həzrətinin diktəsi ilə fəallar barəsində ağır həbs qərarı çıxarır.

 

Hakim Firuz Fərahani Məzrəə Cahan çıxardığı hökmdə qeyd olunub ki, Səccad Monadi milli zəmində geniş fəaliyyət göstərir, GAMAC Təşkilatı və milli məsələyə görə həbs olunan azərbaycanlı fəallara dəstək nümayiş etdirir. Son vaxtlar fəaliyyətini artıran S.Monadi “Muğan- Azərbaycan Milli Hərəkatı” Təşkilatı ilə də  gizlicə əməkdaşlıq edir. O divarlara şüar yazmaq və həmin görüntüləri millətçi cərəyana bağlı mətbuat orqanlarına çatdırmaqda da fəal iştirak edir. Səccad Monadi milli zəmində fəal olan şəxslərin fəaliyyəti barədə müxtəlif materiallar və sənədli filmlər hazırlamaq və onları daxili və xarici kütləvi informasiya vasitələrinə yaymaqda da fəaldır.

 

Hökmdə həmçinin qeyd olunub ki, Səccad Monadi həbsdə olan azərbaycanlı fəallara dəstək vermək məqsədi ilə divarlara “İbrahim Nuri azad olsun”, “İbrahim Nuriyə azadlıq”, “Siyamək Mirzayi azad olsun” və “Azərbaycan məhbusları azad olsun” kimi şüarlar yazıb. Azərbaycanlı fəal bölücü şəxslərlə irtibat qurmaq və Güney Azərbaycan Televiziyasına (GünAz TV) görüntülər göndərməkdə də günahlandırılıb.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Təbriz Şəhər Şurasının üzvü: şairlər məqbərəsində kəşf edilən tarixi əşyalar gizlədilib

2020-05-31

gun az article

Qərbi Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı xəbərdarlıq

2020-05-31

gun az article

Zəncanda geyim mağazaları iflas həddindədir

2020-05-31

gun az article

Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

2020-05-30

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2020-05-30

gun az article

Beyin ölümünə düçar olmuş 12 yaşlı təbrizli qızın bədən orqanları 5 xəstəyə həyat bəxş edib

2020-05-30

gun az article

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

2020-05-30

gun az article

Ərdəbil əyalətində 21 yeni koronavirusa yoluxma halı aşkarlanıb

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci il dönümü,Amerika Birləşmiş Ştatlarının müxtəlif ştatlarında anıldı.

2020-05-30

gun az article

GünazTV May.29.2020: Azadlıq səsi: Xordad qiyamının ildönümü və 11-ci məclis açılışı

2020-05-29

gun az article

GünazTV May.29.2020-QADINCA: Azərbaycan cümhuriyetinin müstəqilliyinin 102-ci ili

2020-05-29

gun az article

Mərənd-Sofiyan yolunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb

2020-05-29

gun az article

Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

2020-05-29

gun az article

GünazTV May.28.2020-Sözümüz: Parçalanmış Azərbaycan və Ədəbi Körpü

2020-05-28

gun az article

GünazTV May.28.2020- Düşünməyə Çağrı: Quzey və Güney Azərbaycan Üçün 28 May'ın Önəmi

2020-05-28

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4900-ü ötüb

2020-05-28

gun az article

Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

2020-05-28

gun az article

“Mis Süngün” komandasının iki oyunçusu koronavirusa yoluxub

2020-05-28

gun az article

Təbrizdə “Barış” jurnalının yeni sayı yayımlanıb

2020-05-28

gun az article

Güney azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb

2020-05-28