Səhənd Məali qondarma ittihamla daha 1 il həbs cəzasına məhkum edilib

Səhənd Məali qondarma ittihamla daha 1 il həbs cəzasına məhkum edilib

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məali yeni qondarma ittihamla daha 1 il həbs cəzasına məhkum edilib.

 

Fəal yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü üçün müqavimət göstərmişdir. Onun bu səbəbdən həbs cəzasına məhkum edildiyi bildirilir.

 

Sarab zindanında məhbus həyatı yaşayan fəal ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq 1 il həbs və nağd cərimə ödəmə cəzasına məhkum edildiyini bildirib.

 

S.Məali mayın 2-dən Sarab şəhərində məhkum edildiyi 10 aylıq həbs cəzasını çəkməkdədir.

 

Deyilənlərə görə, təhlükəsizlik orqanlarının əməkdaşları məhkəmədə şahid qismində çıxış edib, hakim məhz onların açıqlaması əsasında qərar çıxarıb. Halbu ki, fəal məhkəmə hökmü təqdim etmədən güc tətbiq edərək onu saxlamaq istəyən təhlükəsizlik qüvvələrinə müqavimət göstərib. S.Məalinin bu ittihamla həbsə məhkum edilməsi xüsusi diqqət çəkir.

 

Qeyd edək ki, son vaxtlar İran rejimi güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Bu istiqamətdə çox sayda fəal təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb və ya məhkəmə qarşısına çıxarılaraq ağır həbs hökmü ilə üzləşib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN