Səhənd Məali Sarab Məhkəməsinin çıxardığı qərara yenidən etiraz edib

2018-10-23 07:34

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali ikinci dəfə olaraq barəsində çıxarılan məhkəmə qərarına etiraz bildirib.

 

O oktyabrın 21-də Sarab İnqilab Məhkəməsinin qiyabı olaraq çıxardığı 10 aylıq həbs qərarına etiraz edərək prosesə yenidən baxılmasını istəyib.

 

S.Məali təkidlə bildirir ki, o sorğu-suala tutulmayıb, Ettelaat İdarəsi məhkəməni qane etmək üçün barəsində istədiyi kimi dosye təşkil edib.

 

Fəal hakimə təqdim olunan sənəd və vərəqələrin heç birisində imza və ya barmaq izinin olmadığını bildirir.

 

Sarab Məhkəməsi həbs qərarını heç bir fakt və ya sənədlə əsaslandırmayıb, hökmün anlaşılmaz olduğu qeyd olunur.

 

Məhkəmə Ettelaat İdarəsinin raportu əsasında “bölücü və millətçi qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittiham ilə 10 aylıq həbs qərarı çıxarıb.

 

Fəalın həbs qərarına birinci etirazı məhkəmə tərəfindən rədd edilib.

 

Hakim Mehdi Şəmsin çıxardığı hökmə əsasən fəalın həbs müddətində onun müvəqqəti saxlandığı günlər də hesab olunacaq.

 

Hökm qiyabi şəkildə çıxarılıb və “Bölücü və millətçi qrupların xeyirinə olaraq Babək qalası yığıncağına dəvətlə bağlı bildiriş yaymaqla sistemin əleyhinə təbliğat fəaliyyəti” adı altında aparılan sorğulamanın mətni də açıqlanmayıb.

 

İyulun 5-də Təhlükəsizlik qüvvələri Səhənd Məalinin ata evinə hücum çəkərək onu saxlayıb. Məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparan məmurlar Məalı ailəsini təhdid edərək azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüteri özləri ilə götürüblər.

Fəal Sarab zindanında 9 gün işgəncələr altında saxlandıqdan sonra iyulun 14-də 300 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Səhənd Məalı Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından  biridir, o bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və həbs cəzası ilə üzləşib.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18