Səhənd Məali Sarab zindanından azadlığa buraxılıb

Səhənd Məali Sarab zindanından azadlığa buraxılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 10 aylıq həbs cəzası başa çatdıqdan sonra fevralın 17-da Sarab zindanından sərbəst buraxılıb.

 

Fəal 2019-cu il mayın 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına aparılmışdır.

 

Fəalın bundan əlavə daha iki məhkəmə işi var. İkinci məhkəmə işinə görə, sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib.

 

Onun üçüncü məhkəmə işi hökmləri icra edən bölümün məmurlarına tabe olmamaqla bağlıdır. Məhkəmə işi ilə əlaqədar o 1 il həbs və 17 milyon tümənlik nağd cərimə ödəməyə məhkum edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN