Səid Minayi azadlığa buraxılıb

Səid Minayi azadlığa buraxılıb

GünAz TV: İran prezidenti Həsən Ruhaninin Təbrizə səfərindən bir gün əvvəl saxlanılan azərbaycanlı milli-mədəni fəal aprelin 24-də mülki vəsiqə qarşılığında səbərst buraxılıb.

 

Fəal aprelin 23-dən 24-nə keçən gecə təhlükəsizlik qüvvələri tərəfindən öz evində yaxalanıb naməlum istiqamətə aparılmışdır. Onun mobil telefonunun saxlanılarkən məmurlar tərəfindən götürüldüyü bildirilir.

 

Fəalın yaxalanmasının İran prezidenti Həsən Ruhaninin aprelin 24-də Təbrizə səfəri ilə təxminən eyni vaxta düşməsi xüsusi diqqət çəkib.

 

Azərbaycanlı fəalın Urmu gölü böhranı ilə bağlı etiraz aksiyasına çağırış etməsi ilə əlaqədar saxlandığı ehtimal olunur. Həsən Ruhaniyə etiraz olaraq nəzərdə tutulan aksiyaya çağırış, Teleqram kanallarında geniş yayılmışdır. Çağırış mətnində “Urmu gölü ölməsin – Duz çölünə dönməsin” şüarı da qeyd olunub.

 

S.Minayi Binab şəhərinin sakinidir, onun “Milli Düşüncə” Teleqram Kanalının müdiri olduğu deyilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN