“Sepah” komandanı Təbrizdə 30 nəfərin saxlandığını bildirib

“Sepah” komandanı Təbrizdə 30 nəfərin saxlandığını bildirib

GünAz TV: İslam İnqilabı Keşikçiləri Korpusunun Şərqi Azərbaycan qolunun (Sepah-i Aşura) komandanı Təbrizdə son günlərdə benzinin üçqat bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda 30 nəfərin saxlandığını bildirib.

 

Bu barədə Abedin Xürrəm çərşənbə günü kütləvi etirazlarla bağlı keçirilən mətbuat konfransında danışıb.

 

“Təbrizin yalnız 5,6 nöqtəsində yığıncaqlar təşkil olundu. Yığıncaqlarda 15-dən 200 nəfərədək insan iştirak etmişdir. Şəhərin həndəvərində aksiyalar nisbətən geniş keçirildi. 3 bank və 3 yanacaq doldurma məntəqəsi, həmçinin bir neçə şəxsi avtomobilə ziyan dəyib.

Etirazlar zamanı polislə qarşıdurma yaradanlardan 30-u saxlanılıb, qalanlarının kimliyi məhkəmə orqanlarının hökmü ilə müəyyən edildikdən sonra saxlanılacaq.”- deyə o bildirib.

 

Etirazçıları iğtişaşçı adlandıran “Sepah” komandanı kütləvi etirazlarda başqa əyalətlərdən gələn insanların iştirak etdiyini də bildirib. O həmçinin iddia edib ki, təhlükəsizlik qüvvələri Təbrizdə etirazçılara qarşı mülayim davranıb.

 

“Sepah” komandanının iddiasına rəğmən Təbrizdə etirazçılar təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, onlara qarşı güc tətbiq olunub. Etirazçılardan ən azi birinin öldüyü müxtəlif mənbələr tərəfindən təsdiqlənib. Təhlükəsizlik qüvvələri hətta etirazçıların avtomobillərinə belə ziyan vurmaqdan çəkinməyib.

 

İran və Güney Azərbaycanda internet kəsildiyinə görə tutulanlar barədə dəqiq məlumat əldə etmək mümkün deyil. Saxlanılanların 30 nəfərdən qat-qat çox olduğu ehtimal olunur.

 

Təbrizdə keçirilən aksiyalardan videolar:

https://www.youtube.com/watch?time_continue=5&v=3cQ-j1PtnOY&feature=emb_logo

 

https://www.youtube.com/watch?time_continue=6&v=Dj2aJJEondk&feature=emb_logo

 

https://www.youtube.com/watch?v=z12DFqQf4uY&feature=emb_logo

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN