Şərqi Azərbaycan Ədliyyə İdarəsinin keçmiş rəisi tanınmış fəal Abbas Lisaninin dosyesinin siyasi olduğunu inkar edib

Şərqi Azərbaycan Ədliyyə İdarəsinin keçmiş rəisi tanınmış fəal Abbas Lisaninin dosyesinin siyasi olduğunu inkar edib

GünAz TV: Şərqi Azərbaycan Ədliyyə İdarəsinin keçmiş rəisi Hikmətəli Müzəffəri Şərqi Azərbaycan Əyalətində məhkəmə işləri arasında hansısa siyasi dosyenin olduğunu inkar edib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Hikmətəli Müzəffəri Şərqi Azərbaycanda heç bir siyasi dosye və siyasi məhbusun olmadığını iddia edib.

 

O tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə işi haqda da danışıb. Hikmətəli Müzəffəri, Abbas Lisaninin dosyesi ilə tanış olduğunu, lakin onun heç bir siyasi yönü olmadığını bildirib.

 

Onun sözləri müxtəlif kütləvi informasiya vasitələrində nisbətən fərqli şəkildə dərc olunub. Ehtimal olunur ki, naməlum səbəbdən bu məsələyə toxunan Ədliyyə İdarəsinin keçmiş rəisinin açıqlanmasının tam mətni yayılmayıb.

 

İranda siyasi düşüncəsinə görə həbs olunan fəalların  inkar edilməsi faktına tez-tez rast gəlinir. Son vaxtlar Məhkəmə Sisteminin sözçüsü Qulam Hüseyn İsmaili və xarici işlər naziri Məhəmməd Cavad Zərif mətbuata verdikləri açıqlamalarda İranda kimsənin siyasi düşüncəsinə görə həbs olunmadığını bildiriblər.

 

Beynəlxalq və yerli İnsan Hüquqları Qurumlarının yaydığı məlumatda isə İran həbsxanalarında çox sayda siyasi fəalın həbs olunduğu qeyd olunur.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. Bu məsələ ictimaiyyətin geniş etirazına səbəb olduqdan sonra prokurorluq fəala qarşı bir neçə qondarma ittiham irəli sürmüşdür.


Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib. Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.


Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN