Siyamək Seyfi Ərdəbil zindanından müvəqqəti azadlığa buraxılıb

Siyamək Seyfi Ərdəbil zindanından müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Son kütləvi etirazlar zamanı Meşkinşəhrdə (Xiyav) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi müvəqqəti azadlığa buraxılıb.

 

Fəal noyabrın 28-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdəbilin Mərkəzi Zindanından azad edilib.

 

Siyamək Seyfi Meşkinşəhr İnqilab Məhkəməsinin 2-ci şöbəsi (Dadsəra) tərəfindən “benzinin qiymətinin artması ilə bağlı əhali və fikirdaşlarını yığıncağa qatılmaq və iğtişaş salmağa təhrik etmək”də günahlandırılıb.

 

Benzinin bahalşması ilə əlaqədar keçirilən aksiyalar zamanı Güney Azərbaycan şəhərlərində yüzlərlə soydaşımız saxlanılıb. Lakin onların əksəriyyətinin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bu günədək Zənzan, Urmiya, Təbriz, Meşkinşəhr, Ərdəbil, Qoşaçay və Tehran şəhərlərində saxlanılan güney azərbaycanlı milli-mədəni fəallardan təxminən 30-nun kimliyi müəyyən edilib. Verilən məlumata görə, Azərbaycan şəhərlərində təqiblər davam edir, saxlanılanların sayı gün keçdikcə artır.

 

 

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN