Son bir ayda saxlanılan 6 azərbaycanlı fəal Təbriz və Urmiyə zindanlarına köçürülüb

Son bir ayda saxlanılan 6 azərbaycanlı fəal Təbriz və Urmiyə zindanlarına köçürülüb

GünAz TV: Ötən günlərdə Məhərrəm Xoşnam (Vəlipur), Əbulfəzl Fəkuri, Qulamrza Rəşidi və Əkbər Əzizi adlı azərbaycanlı fəallar Təbriz zindanına köçürülüb.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, adı çəkilən fəallar son bir ay ərzində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Təbriz sakimi Qulamrza Rəşidi oktyabrın 28-də, Əbülfəz Fəkuri oktyabrın 29-da və Məhərrəm Xoşnam noyabrın 10-da saxlanılıb.

 

Dekabrın 10-da Urmiyədə saxlanılan Rza Cəfərlu və Əkbər Quluzadənin isə Urmiyənin Mərkəzi Zindanına intiqal edildiyi bildirilir.

 

Həmçinin noyabrın 25-də meşginşəhrli (xiyavlı) azərbaycanlı fəal Kazım Səfabəxş Tehranda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onun hələ də harada saxlandığı bəlli deyil.

 

Kazım Səfabəxş Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının lideridir, onun hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN