Sulduz məhkəməsi iki milli-mədəni fəal haqda həbs qərarı çıxarıb

Sulduz məhkəməsi iki milli-mədəni fəal haqda həbs qərarı çıxarıb

GünAz TV: Sulduz Şəhər İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəallar Mir Musa Ziya Gərgəri və Səccad Şəhiri barəsində həbs hökmü çıxarıb.

 

Məlumata görə, fəallar sentyabrın 4-də məhkəməyə çağırılaraq hökmləri şifahi şəkildə elan olunub.

 

Hakim Əmir Kiyumərzi Xəlifəkəndi azərbaycanlı fəalları sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə bir il həbs cəzasına məhkum edib, lakin onların bundan əvvəl cinayət işləri olmadığı üçün həbs hökmləri 37 və 38-ci maddələrə uyğun olaraq 20 günə endirilib.

 

Fəalların yaxınlarının dediyinə görə, onlar dindirilmə mərhələsində GAMAC Təşkilatına (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, həmçinin Sulduz şəhidlərinin mərasimində və tanınmış fəal Abbas Lisaninin evində etdikləri çıxışlarla bağlı günahlandırılıb.

 

Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılmışdır.

 

Adını çəkdiyimiz fəallar iyulun 16-da hər biri 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN