Sulduzda Milli Qiyamın 12-ci ildönümü mərasimində çox sayda azərbaycanlı fəal saxlanılıb – Siyahı

2018-05-26 07:33

GünAz TV: Güney Azərbaycanda baş verən Milli Qiyamın (May hadisələri) 12-ci ildönümü münasibəti ilə Sulduz şəhidlərinin məzarı başında düzənlənən mərasimdə çox sayda fəal saxlanılıb.

 

Bir neçə gün əvvəl sosial şəbəkələrdə elan olunduğu kimi, mərasim mayın 25-i, yerli vaxtla saat 17:00-da Sulduz qəbiristanlığında  keçirilib. Lakin təhlükəsizlik qüvvələri mərasim baş tutmasın deyə şəhərin giriş və çıxış yollarını nəzarətdə saxlayıblar.

 

Məlumata görə, müxtəlif şəhərlərdən Sulduza gələn milli-mədəni fəallardan bir neçəsi Sulduz üçyolunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Məhəmmədyar kəndinin Polis Bölməsinə aparılıb.

 

 

GünAz TV mətbuat mərkəzinə verilən məlumata görə, Sulduz üçyolunda saxlanılanlardan hələlik Məhəmməd Mahmudi (Təbriz sakini), Murtaza Məhəmmədi (Əhər sakini), Vahid Bəstami (Əhər sakini), Məhəmməd Qənbərzadə (Əhər sakini) və Murtaza Səfərinin (Əhər sakini) kimliyi müəyyənləşib.

 

Nasir Əhmədi, Babək Siyami, Səccad Şohiri, Əmir Səttari və Əli Xocəstə isə mərasimdən sonra təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb. Xanım Ulduz Qasimi və onunla birlikdə olan daha 3 fəalın da mərasimdən sonra yaxalandığı bildirilir. Məlumata görə, xanım U.Qasimi ilə birlikdə olanlardan biri yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

 

 

GünAz TV-yə daxil olan son məlumatda tutulanlar arasında Davud Mahmudi (Təbriz sakini), Rəsul Sələhşur (Təbriz sakini) və Cavad Yekanlının (Xoy sakini) da adı çəkilir.

 

Tutulan fəallardan birinin ailəsi tərəfindən verilən məlumata görə, Sulduz üçyolunda saxlanılan fəallar saat 12 radələrində Məhəmmədyar Polis Bölməsindən Sulduz şəhərinin Polis İdarəsinə aparılıb. Onun sözlərinə görə, fəallar “Ümumi asayişi pozmaq” kimi saxta ittihamla üzləşiblər, onların müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə tələb olunur.

 

Hələlik mərasimlə bağlı tutulanların hamısının kimliyi müəyyən edilməyib, bu barədə hər hansı yeni məlumat əldə olunursa diqqətinizə çatdırılacaq.

 

Xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
Səməd Niknam

2020-06-22

Dinsiz toplum olmamışdır. Din ictimai idealogiyanın və insan kimliyinin tərkib hissəsidir. İnsan mədəniyyəti din üzərində qurulub. İran farslarından fərqli olaraq, İran türklər, özəllilkə Səfəvilər bu mədəniyyətin yaranmasında böyük işlər görmüşdür. İnam hər kəsin şəxsi işidir. Amma din yalnız inamdan ibarət detil. Din insan mədəniyyətini özündə toplayan insani dəyərdir. Biz bu dəyərləri mənimsəməli və gəlişdirməliyik. İran türkləri və Səfəvilər bu mədəniyyətə yiyələndilər və onu yaşatdılar. Biz islam mədəniyyətini mənimiyə bilməsəydik, dövlət qura bilməzdik. Din varsa, mədəniyyət var, mədəniyyət varsa dövlət var. Farslar islamı mənimsiyə bilmədi. Ona görə də, İslamdan sonra dövlətdərin itirdilər. Farslar bu gündə islamı anlamamış və hər şeyi tərsə yozullar. İslamdan sapmışlar. Ona görə də, müsəlman xalq onları qəbul etmir. Türklər İslamı mənimsəmiş bir millətdir. Bütün türk dövlətdəri, istər Səlcuqlular, Osmanlılar, Səfəvilər və Qacarlar İslam mədəniyyəti üzərində qurulub. İslam dininin mahiyyətinə uuğun olaraq, bütün türk dövlətləri layik olmuşdur. Demək istəyirəm ki, İslam zatən layik dindir. Bu günkü İran İslam Cumhurisi də, teokratik dövlət deyil. Bunların islama ayidatı yoxdur.

Post | Gunaz article social
توران

2020-06-21

البته فارسها به تاریخ نداشته اشان میبالند.اون وقت ما تورکها نباید به تاریخ مستند و واقعی امان بنازیم؟

Post | Gunaz article social
A

2020-06-09

لعنت بر اسد و حامیان او

Post | Gunaz article social
سالار

2020-06-08

در جواب به فریده سرهنگی صفویان به خاطر قدرت امپراطوری و به دلیل اینکه زبان ترکی زبان رسمی کل امپراطوری بود مورد تایید ترکان هستش.

Post | Gunaz article social
Cahandar

2020-06-06

Ölün Gücünüz Heykələ Çatar.

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-31

توجه کنیم مازندرانی ها یا بهتر بگم شمالی ها 60درصد پان ایرانیست های معاصر را تشکیل می دهند.حواسمان به این ها باشه این ها از فارس ها بیشتر فارس پرستی یا ایران (ویران) پرستی می کنند این شمالی های پان ایرانیست زهرشان از مامبای سیاه هم غلیظ تر است!

Post | Gunaz article social
Babek

2020-05-30

فرید سرهنگی، چه ربطی به این خبر داشت فرمایش شما؟

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“Çağdaş Azərbaycan Kültür Dərnəyi” Abbas Lisaninin həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-07

gun az article

Güney azərbaycanlı tələbə Pərisa Rəfii Evin zindanına aparılıb

2020-07-07

gun az article

Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var

2020-07-07

gun az article

Güney Azərbaycanda bir xəstəxananın 40 əməkdaşı koronavirusa yoluxub

2020-07-07

gun az article

Qərbi Azərbaycanda daha bir xəstəxana COVID-19 xəstələrinə ayrılıb: yoluxanların sayında rekord artım

2020-07-07

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-07-07

gun az article

Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib

2020-07-07

gun az article

GünazTV July.06.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin sosial-iqtisadi çöküşü və rejimin gələcəyinə bir baxış

2020-07-06

gun az article

Güney Azərbaycanın kəndləri boşalır

2020-07-06

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 500 nəfərə çatıb

2020-07-06

gun az article

Süngün mis mədəninin zəhərli çirkabı ətraf çaylara axıdılır

2020-07-06

gun az article

Güney azərbaycanlı milli fəal Ruzbeh Piri sərbəst buraxılıb + VİDEO

2020-07-06

gun az article

Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı rəsmi olaraq qadağan edib

2020-07-06

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-06

gun az article

Traxtur klubunun perulu hücumçusu koronavirusa yoluxub

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal koronavirusdan həyatını itirib

2020-07-05

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 487 nəfərə çatıb

2020-07-05

gun az article

Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib

2020-07-05

gun az article

Güney Azərbaycanda meşə ağaclarının kəsilməsi davam edir + VİDEO

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək

2020-07-05