Sulduzda tutularaq Təbriz Ettelaat İdarəsinin təcridxanasına aparılan Səccad Şəhirinin hansı ittiham üzrə saxlandığı məlum olub – Sənəd

Sulduzda tutularaq Təbriz Ettelaat İdarəsinin təcridxanasına aparılan Səccad Şəhirinin hansı ittiham üzrə saxlandığı məlum olub – Sənəd

GünAz TV: Ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən Sulduz şəhərində saxlanılan güney azərbaycanlı fəal Təbriz Ettelaat İdarəsinin təcridxanasına aparılıb.


Bu barədə Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsi, Sulduzun İnqilab Məhkəməsinə məktub göndərərək azərbaycanlı fəalın saxlanılaraq təhlükəsizlik qüvvələrinin nəzarəti altında Təbriz məhkəməsinə (dadsəra) göndərilməsini istəyib.


Təbriz məhkəməsinin Səccad Şəhirinin saxlanması ilə bağlı hökmü üzə çıxdıqdan sonra azərbaycanlı fəalın hansı ittiham üzrə saxlandığı məlum olub. Hökmdə fəalın ““GAMAC” (Güney Azərbaycanın müstəqil zümrəsi) bölücü qruplaşmasına üzv olmaq”da şübhəli bilindiyi qeyd olunub.


Xatırldaq ki, İran Konstitusiyasının 32-ci maddəsinə əsasən kimsənin saxlanması üçün onun nədə şübhəli bilindiyi və ittihama əsas verən dəlillər yazılı şəkildə şübhəli bilinən şəxsə elan olunmalıdır. Bu əsasda azərbaycanlı fəalın saxlanması qanunsuz sayılır.

 

Bundan əlavə, saxlanma hökmündə fəalın GAMAC Təşkilatında üzv olmaqda şübhəli bilindiyi qeyd olunub. Mötərizənin içində GAMAC Təşkilatı, “Güney Azərbaycanın müstəqil zümrəsi” adı ilə təqdim olunub. Halbuki, bu iki qurumun bir-birindən fərqli olduğu və fərqli nizamnamələrə malik olduqları hər kəsə aydındır.


2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.


Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.


Adını çəkdiyimiz fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN