Təbrizdə dəfn mərasimində saxlanılan fəallar barədə heç bir məlumat yoxdur

Təbrizdə dəfn mərasimində saxlanılan fəallar barədə heç bir məlumat yoxdur

GünAz TV: Mayın 24-də Təbrizdə tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin dəfn mərasimində saxlanılan fəallar barəsində heç bir məlumat yoxdur.

 

Mərasim yekunlaşdıqdan sonra mülki geyimli məmurlar törənə qatılan azərbaycanlı mədəni fəallara hücum edərək onlara qarşı güc tətbiq edib və ən azı 5 nəfəri saxlayıblar. Məlumata görə, Mehdi Dustdar, İrəc Şirzad, Əli Radməneş, Həbib Sasaniyan və Məhəmməd Əfsəri Xətib Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb, bu saata qədər onların barəsində hərhansı məlumat əldə etmək mümkün olmayıb.

 

Təhlükəsizlik qüvvələri dəfn mərasimi zamanı azərbaycanlı fəalları xüsusi izləyərək onları nəzarətdə saxlamağa çalışıblar.
Güney Azərbaycanın müxtəlif bölgələrindən gələn onlarla fəalın qatıldığı mərasimdə Səid Mətinpur, Əsgər Əkbərzadə və daha bir neçə fəal çıxış edib.

 

Mərhum Purvəlinin dəfn mərasimi olduqca izdihamlı keçib, o Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN