Təbrizdə mühəndis Qulamrza Əmaninin vəfatının növbəti ildönümündə bir neçə milli-mədəni fəal saxlanılıb

Təbrizdə mühəndis Qulamrza Əmaninin vəfatının növbəti ildönümündə bir neçə milli-mədəni fəal saxlanılıb

GünAz TV: Təbriz şəhərində mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar çox sayda fəal saxlanılıb.

 

Güney azərbaycanlı milli-mədəni fəallar oktyabrın 25-də Ettelaat İdarəsinin əməkdaşları tərəfindən tutulub.

 

Bu saata qədər saxlanılan fəallardan 6-nın kimliyi müəyyən edilib: Cəlil Bəyməhəmmədi, Vəhid Əbhəri, Yusif Rəzəvi, Babək Hüseyni Müqəddəm, Şəhruz Bərzgər və Şahin Bərzgər.

 

Təhlükəsizlik qüvvələri Şahin və Şəhruz Bərzgərin ata evlərinə hücum edərək onları saxlayıb. Şahidlərin dediyinə görə, Şəhruz saxlanılarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb.

 

Yuxarıda adlarını çəkdiyimiz digər 4 fəal Maralan qəbiristanlığında mərhum mühəndis Əmaninin məzarını  ziyarət etdikləri üçün saxlanılıb.

 

Azərbaycanlı fəallar mərhumun vəfatının 11-ci ildönümü mərasimini bu gün onun məzarı başında keçirməyi planlaşdırıb.

 

Verilən məlumata görə, hazırda Maralan qəbiristanlığının ətrafında çox sayda Ettelaat əməkdaşları var, onlar nəzərdə tutulan mərasimin qarşısını almaq məqsədi ilə əraziyə toplaşıb.

 

Mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 24-də Cəfər və Kərim adlı qardaşları ilə birlikdə şübhəli yol qəzasında həyatını itirib. O Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər həbs olunub və ağır işgəncələrə məruz qalmışdır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN