Təbrizdə ötən onlikklərdə məhbus həyatı yaşayan 5 nəfər saxlanılıb

Təbrizdə ötən onlikklərdə məhbus həyatı yaşayan 5 nəfər saxlanılıb

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində ötən onlikklərdə məhbus həyatı yaşayan 5 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

“Herana” agentliyinin yaydığı məlumata görə, ötən onilliklərdə həbs olunan Rzaqulu Şirməhəmmədi, Məhəmməd Zəbihi, Məcid Mutab Purrzayi və Həsən Tarverdiyan, eləcə də Rzaqulu Şirməhəmmədinin oğlu Yasir Şirməhəmmədi fevralın 8-də Ettelaat İdarəsi əməkdaşları tərəfindən Təbrizdə öz evlərində saxlanılıb.

 

Keçmiş məhbuslar saxlanılarkən evlərində və iş yerlərində axtarış aparılıb, onlara məxsus bəzi şəxsi əşyalar təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

 

Məlumata görə, bundan əvvəl Rzaqulu Şirməhəmmədi 4 il, Məcid Zəbihi 5 il, Məcid Mutab Purrzayi 7 il və Həsən Tarverdiyan 5 il müddətinə həbs edilib.

 

Rzaqulu Şirməhəmmədinin oğlu Yasir Şirməhəmmədi də atası ilə birlikdə saxlanılıb.

 

Bu günədək tutulanların harada saxlandığı və nədə şübhəli bilindiyi barədə heç bir məlumat yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN