Təbrizdə saxlanılan azərbaycanlı fəal Məhəmməd Mahmudidən yeni xəbər

Təbrizdə saxlanılan azərbaycanlı fəal Məhəmməd Mahmudidən yeni xəbər

GünAz TV: Ay yarım əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi Təbrizin Mərkəzi Zindanına köçürüləcəyini bildirib.

 

Bu barədə fəal dekabrın 30-da ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O dekabrın 31-də Təbriz Ettelaat İdarəsinin təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürüləcəyini deyib.

 

Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılan Məhəmməd Mahmudi və digər azərbaycanlı fəalların ruhi və cismi işgəncələrə məruz qaldığı bildirilir.

 

Məhəmməd Mahmudi noyabrın 17-də İranda etirazlar başladığı bir vaxtda gecə saatlarında Təbrizdə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb. 

 

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd Mahmudi iki qız uşağı atasıdır. Evin güzəranını təmin edən atanın saxlanması ailə üzvlərini maddi sıxıntılarla üz-üzə qoyub.

 

Məhəmməd Mahmudi 2018-ci il mayın 25-də, 2006-ci il milli qiyam (xordad hadisələri) zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə əlaqədar yaxalanıb, o bir gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN