Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjad barəsində yeni xəbər

Təbrizdə saxlanılan Ruhulla Əhmədnəjad barəsində yeni xəbər

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad saxlanıldıqdan 20 gün sonra ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasında olduğunu və vəziyyəti barədə məlumat verib.

 

Ötən həftə ailəsinə zəng edənə qədər onun vəziyyəti  barədə heç bir məlumat olmayıb. Fəalın ailə üzvlərindən birisi bildirib ki, R.Əhmədnəjad işgəncə ilə bağlı heç nə bildirməyib, lakin onun səsi və danışıq tonu işgənclər altında saxlandığını göstərirdi.

 

Əldə olunan məlumata görə, fəalın ailəsinə onun barəsində mətbuata danışmasınlar deyə təzyiq edilir.

 

Əhmədnəjad ailəsi səlahiyyətli orqanlara dəfələrlə müraciət edərək Ruhullanın hansı səbəbdən saxlandığını öyrənmək istəyiblər, lakin onlara bu barədə heç bir məlumat verilməyib.

 

Ruhulla Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb.

 

Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının (flaşka) məmurlar tərəfindən götürüldüyü bildirilir.

 

Qeyd edək ki, son vaxtlar İran rejimi güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Bu istiqamətdə çox sayda fəal təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb və ya məhkəmə qarşısına çıxarılaraq ağır həbs hökmü ilə üzləşib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN