Təbrizin Mərkəzi Zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal məzuniyyətə buraxılmır

Təbrizin Mərkəzi Zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal məzuniyyətə buraxılmır

GünAz TV: Təbriz Mərkəzi Zindanının məsulları həbsxanada məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin məzuniyyətə buraxması hüququnu təmin etmir.

 

Zindan məsulları Ettelaat İdarəsinin təzyiqi ilə məhbusu məzuniyyətə buraxmaqdan imtina edir.

 

Məlumata görə, bu günədək azərbaycanlı fəalın məzuniyyətə buraxılmasına iki dəfə icazə verilib, zindan məsulları da qərarı təsdiqləyib, lakin qərar son mərhələdə ləğv edilib.

 

Əmir Səttarinin qarşılaşdığı problemdə Şərqi Azərbaycan valisinin təhlükəsizlik məsələləri üzrə müavini və təhlükəsizlik orqanlarının nüfuzlu üzvü olan Fazil Niyanın əli olduğu qeyd olunur.

 

Fəalın atası onun məzuniyyət məsələsi ilə əlaqədar ötən günlərdə Təbriz Prokurorluğuna müraciət edib, lakin o təhqiramiz şəkildə qarşılanıb və tələbi təmin edilməyib.

 

Əmir Səttari ötən Novruz bayramına bir neçə gün qalmış “ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə sözləşmə və toplaşma”da ittiham olunaraq Təbriz Apelyasiya Məhkəməsi tərəfindən 7 ay həbs cəzasına məhkum edilib, o 2018-ci il iyulun 10-da Təbriz zindanında həbs olunub.

 

Fəal həbs olunduğu gündən zindan məsullarının təzyiqi ilə üzləşib, onun qaçaqmalçı, narkoman və digər təhlükəli məhbusların saxlandığı bölümdə həbs olduğunu bildirilir.

 

Əmir Səttari bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN