“Təhlükəsizlik orqanları Əkbər Nəiminin sosial şəbəkələrdəki hesablarını istifadə edirlər”- Fəallardan xəbərdarlıq

“Təhlükəsizlik orqanları Əkbər Nəiminin sosial şəbəkələrdəki hesablarını istifadə edirlər”- Fəallardan xəbərdarlıq

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik orqanlarının həbs edilmiş fəal Əkbər Nəiminin sosial şəbəkələrdəki hesablarını istifadə etmələri barədə xəbərdarlıq yayıblar.

 

Mühəndis Əkbər Nəiminin yanvarın 22-də saxlanmasına baxmayaraq, onun “WhatsApp” hesabı bu günə qədər dəfələrlə “online” olub.

 

Fəallar hesab edirlər ki, təhlükəsizlik orqanları əməkdaşları Nəiminin sosial şəbəkələrdə olan hesablarına daxil olurlar.

 

Onların fikirlərinə əsasən, təhlükəsizlik orqanları fəalın həbsdə saxlanmasına kafi dəlil tapa bilmədikləri üçün onun sosial şəbəkələrdəki hesablarından istifadə edib, haqqında saxta cinayət işi formalaşdırmağa çalışırlar. Onlar bu istiqamətdə cinayət işi açmaq üçün fəalın adından öz məqsədlərinə uyğun fəaliyyətlər həyata keçirə bilərlər.

 

Bu səbəbdən milli-mədəni fəallar Əkbər Nəiminin yaxınlarını ayıq-sayıq olmağa çağırmaqla yanaşı, təhlükəsizlik qüvvələrinin sosial şəbəkələrdə fəalın adından onlarla əlaqə saxlamağa cəhd edəcəkləri barədə həmin insanlara xəbərdarlıq edirlər.

 

Xatırladaq ki, mühəndis Əkbər Nəimi yanvarın 22-də, öz iş yerində saxlanmış və naməlum istiqamətdə aparılmışdı. Saxlandıqdan sonra təhlükəsizlik orqanları əməkdaşları onun evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları müsadirə etmişdilər.

 

Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Mərkəzi”nin təsisçilərindən biridir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN