Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Behnam Nurməhəmmədinin azadlığa buraxılmasına mane olur

Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Behnam Nurməhəmmədinin azadlığa buraxılmasına mane olur

GünAz TV: Martın 14-də təhlükəsizlik qüvvələri tərəfindən iş yerində yaxalanan azərbaycanlı milli-mədəni fəal Tehranın Evin zindanına aparılıb, o hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Behnam Nurməhəmmədinin saxlanılmasından təxminən bir həftə keçməsinə baxmayaraq təhlükəsizlik qüvvələri onun azadlığa buraxılmasına mane olur.

 

Məlumata görə, B.Nurməhəmmədinin ailəsi səlahiyyətli orqanlara müraciət edərək onun sərbəst buraxılmasını tələb ediblər, lakin dosyeyə Novruz bayramından (oğuz bayramı) sonra baxılacağı bildirilib. Fəalın yaxınlarının dediyinə görə, bazar günü onun vəsiqə qarşılığında azadlığa buraxılacağı barədə qərar verilib.

 

Tehran sakini olan B.Nurməhəmmədi əslən Şəbistərin Nadarlı kəndindəndir. O Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN