Tikabın deputatının oturacağı yerə kartof qoyan tələbələr barəsində həbs qərarı verilib- VİDEO

Tikabın deputatının oturacağı yerə kartof qoyan tələbələr barəsində həbs qərarı verilib- VİDEO

GünAz TV: Tikantəpənin (Tikab-red.) millət vəkili Humayun Haşiminin şikayəti əsasında onun oturacağı yerə kartof qoyan tələbələrin barəsində həbs qəti imkan tədbiri seçilib.

 

2019-cu ilin dekabr ayında Tikabın Pəyam Nur Universitetində keçirilmiş tədbirdə tələbələr şəhərin fəaliyyətsiz deputatı Humayun Haşimiyə etiraz olaraq, onun yerinə 2 kiloqram kartof qoymuşdular.

 

Vali və Tikabın imam-cüməsinin də iştirak etdiyi həmin tədbirə dəvətə baxmayaraq, Humayun Haşimi özü gəlməmişdi.

 

Tələbələr tədbir zamanı bildirmişdilər ki, rayonda katroflar millət vəkilindən daha çox işə yarayırlar.

 

Bununla bağlı görüntülər tezliklə sosial şəbəkələrdə yayılmışdı. Bundan sonra Haşimi həmin tələbələri məhkəməyə verməklə hədələmişdi. Eləcə də, Haşiminin müavini Bəhruz Mirzayi Şirmərd tərəfindən idarə edilən "mənim Tikabım" adlı Telegram kanalı da etirazçı tələbələri təhdid etmişdi.

 

 

Yayılan məlumatlara əsasən, deputat Hadi Fəttahi, Zəhra Qurbani və Kövsər Hüseyni adlı tələbələrdən, eləcə də universitetin əməkdaşlarından bir neçə nəfərindən şikayət edib.

 

"Tikabgram" adlı Telegram kanalı isə tələbələrin məhkəməyə çağırıldığı və onlardan biri barədə həbs qəti imkan tədbirinin seçildiyi barədə məlumat yayıb. Həmin tələbə mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb.

 

Tikab rayonunda Yaxın Şərqin 2 ən böyük qızıl mədəni, eləcə də 80-dan çox daş mədəninin yerləşməsinə baxmayaraq, rejimin irqçi münasibətinə görə əhali çox ağır durumda yaşayır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN