Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra ümumi korpusa köçürülüb

Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra ümumi korpusa köçürülüb

GünAz TV: Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda tutulan azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra Evin zindanının 4-cü korpusuna köçürülüb.

 

Fevralın 2-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik posterləri paylaşdığı zaman Kiyanuş Aslani ilə birlikdə tutulan fəal mayın 5-də zindanın ümumi korpusuna intiqal edilib.

 

Azərbaycanlı fəal Kiyanuş Aslani isə təxminən 1 ay əvvəl həmin korpusa köçürülüb.

 

Qeyd edək ki, “Tehran Traxturçuları”nın (“Traxtur” futbol komandasıdır) ” xiyavlı lideri Kazim Koroğlu (Səfabəxş) da adını çəkdiyimiz fəalların yeni köçürüldüyü  korpusda saxlanılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN