Virtual məkanda fəaliyyət göstərən ərdəbilli Musa Cavadi zindandan Ettelaat təcridxanasına aparılıb

Virtual məkanda fəaliyyət göstərən ərdəbilli Musa Cavadi zindandan Ettelaat təcridxanasına aparılıb

GünAz TV: Virtual məkandakı fəaliyyətinə görə fevral ayında yaxalanaraq Ettelaat İdarəsinə aparılan ərdəbilli fəal bir müddət sonra Ərdəbil zindanına köçürülmüşdür, onun yenidən Ettelaat-ın təcridxanasına aparıldığı bildirilir.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, virtual məkanda fəal olan Musa Cavadi İranda son kütləvi etirazlardan sonra “milli təhlükəsizlik əleyhinə fəaliyyət”-də ittiham olunaraq Ettelaat əməkdaşları tərəfindən yaxalanmışdır. O bir müddət sorğu-suala tutulduqdan sonra Ərdəbil zindanına köçürülmüşdür. Son məlumata görə, Musa Cavadi yenidən Ettelaat İdarəsinə aparılıb.

 

Bundan əvvəl Musa Cavadiyə yaxın bir mənbə “Herana” xəbər agentliyinə bu sözləri deyib:

“Musa Cavadinin atasının adı Cavaddır, o hökumət işində çalışır. Musa Teleqram qrupları və kanallarındakı fəaliyyətinə görə “milli təhlükəsizlik əleyhinə fəaliyyət”-də ittiham olunaraq 2018-ci il fevralın 7-də Ettelaat əməkdaşları tərəfindən yaxalanıb. O Ettelaat təcridxanasında 18 gün ruhi-mənəvi təzyiqlər altında təknəfərlik kamerada saxlanılıb. Bu müddətdə Musanın  ailəsi və yaxınları səlahiyyətli orqanlara müraciət edərək onun vəziyyəti haqda məlumat almaq istəyiblər, lakin onlara heç bir məlumat verilməyib. Bu vəziyyət Cavadi ailəsinin ciddi nigaranlığına səbəb olub.”

 

Ağciyər xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəalın dosyesinin hazırda Ərdəbilin İnqilab Məhkəməsində olduğu bildirilir.

 

İran prezidenti Həsən Ruhaninin seçkiqabağı təbliğat-təşviqat dönəmində verdiyi əsas şüarlardan biri də ölkədə insan haqları və vətəndaş hüququnun təmin edilməsi olub. Lakin onun bütün vədiləri kimi, bu vədi də günümüzə  qədər yerinə yetirilməyib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN