Xoy şəhəri sakini azərbaycanlı fəal Məhəmməd Hadi Abbaszadə Polis İdarəsinə çağırılıb

Xoy şəhəri sakini azərbaycanlı fəal Məhəmməd Hadi Abbaszadə Polis İdarəsinə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Hadi Abbaszadə Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb.

 

Çağırış vərəqəsi avqustun 1-də fəalın ailəsinə verilib, çağırışa əsasən o avqustun 2-də Polis İdarəsinə müraciət etməlidir. “Məhəmməd Hadi Abbaszadə təyin olunan vaxtda idarəyə müraciət etməsə, bunun qarşılığı çox ağır olacaq”- deyə fəalın ailə üzvlərinə bildirilib.

 

Təhlükəsizlik qüvvələri ötən günlərdə Məhəmməd Hadi Abbaszadə ilə bir neçə dəfə telefon əlaqəsi saxlayaraq onu idarəyə çağırıblar, lakin fəal qanunsuz çağırışa məhəl qoymayaraq idarəyə müraciət etməkdən imtina edib. Bundan sonra fəalın evinə çağırış vərəqəsi göndərilib.

 

Məhəmməd Hadi Abbaszadə 2016-cı ilin avqust ayı  etirazlarında yaxalanaraq məhkəmə qarşısına çıxarılmışdır.

 

Azərbaycanlı fəalların fikrinə görə, təhlükəsizlik qüvvələrinin bu kimi qanunsuz hərəkətlərini mətbuata çıxarmaqla ictimaiyyəti xəbərdar edib və rejimin təzyiqlərinin qarşısını müəyyən qədər almaq mümkündür.

 

Çağırış vərəqəsi:

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN