Yaşar və Ruzbeh Piri Təbrizin mərkəzi zindanına köçürülüb

Yaşar və Ruzbeh Piri Təbrizin mərkəzi zindanına köçürülüb

GünAz TV: Güney azərbaycanlı fəallar Yaşar Piri və Ruzbeh Piri Təbriz “Sepah”ının Kəşfiyyat Bölümünün təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürülüb.

 

Fəallar 26 gün “Sepah”ın təcridxanasında saxlandıqdan sonra dekabrın 12-də həbsxanaya köçürülüb.

 

Yaşar və Ruzbeh noyabrın 17-də Təbrizdə saxlanılıb. “Sepah” əməkdaşları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdır.

 

İranın təhlükəsizlik qüvvələri noyabrda benzinin bahalaşması ilə əlaqədar keçirilən aksiyaların Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq bir çox güney azərbaycanlı fəalı qanunsuz olaraq saxlamışdır.

 

Piri qardaşları güney azərbaycanlı milli-mədəni fəallardandır. Onlar Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN