Yusif Sələhşur və Davud Mahmudi Apellasiya Məhkəməsinə çağırılıb

Yusif Sələhşur və Davud Mahmudi Apellasiya Məhkəməsinə çağırılıb

GünAz TV: Güney azəbaycanlı milli-mədəni fəal Yusif Sələhşur və Davud Mahmudi Şərqi Azərbaycanın Apellyasiya Məhkəməsinə çağırılıb.

 

Fəallar məhkəmənin elektron sistemi tərəfindın göndərilən çağırış vərəqəsinə əsasən oktyabrın 8-i yerli vaxtla saat 9:00-da Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 27-ci şöbəsinə müraciət etməlidir.

 

Bundan əvvəl Təbriz 2 nömrəli Cinayət Məhkəməsinin 112-ci şöbəsi fəalların hər birini 2 il həbs, 74 şallaq zərbəsi və birlikdə bir insan üçün nəzərdə tutulan diyə məbləğinin mində ikisini ödəməyə məhkum etmişdir. Hökmdə diyə ilə bağlı verilən qərarın qəti, lakin həbs və şallaq qərarının etiraza açıq olduğu qeyd olunmuşdur.

 

Mart ayında “Traxtur”la “Sepahan”ın görüşü zamanı Təbrizdə saxlanılan Yusif Sələhşur və Davud Mahmudi 80 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Bu saxlamalar işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümündə Tehrana səfəri və ermənilərlə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” plakatının qaldırılmasına edilən etirazlarla bağlı olub. Lakin təhlükəsizlik qüvvələri bunu başqa amillər, o cümlədən mülki geyimli məmurlarla qarşıdurma ilə əlaqələndirib.

 

Qeyd edək ki, Davud Mahmudi saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb, o burun və bel nahiyyəsindən xəsarət almışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN