Yusif Sələhşur və Davud Mahmudi azadlığa buraxılıb

Yusif Sələhşur və Davud Mahmudi azadlığa buraxılıb

GünAz TV: Mayın 12-i səhər saatlarında Yusif Sələşur və Davud Mahmudi 80 milyonluq mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

Fəalların məhkəmə iclası mayın 8-də Təbriz İnqilab Məhkəməsinin 12-ci şöbəsində hakim Əsğər Qənbərinin sədrliyi ilə keçirilib. Onların ümumi nizam-intizamı pozmaq və təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratmaqda günahlandırıldığı bildirilir.

 

Hakim təhlükəsizlik orqanlarının təzyiqi ilə fəallar barəsində bundan əvvəl çıxarılan 50 milyon tümənlik mülki vəsiqə qərarını dəyişərək onların azadlığa buraxılması üçün 80 milyon tümənlik vəsiqə təyin edib, bundan sonra fəallar Təbriz zindanının karantin bölümünə aparılmışdır.

 

Adını çəkdiyimiz fəallar daha bir neçə fəalla birlikdə martın 1-də Təbrizin “Traxtur” futbol komandasının görüşündən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilmişdir.

 

Bu saxlamalar işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümündə Tehrana səfəri və ermənilərlə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” plakatının qaldırılmasına edilən etirazlarla bağlı olub. Lakin təhlükəsizlik qüvvələri bunu başqa amillər, o cümlədən mülki geyimli məmurlarla qarşıdurma ilə əlaqələndirib, fəallar həmin raporta görə məhkəmədə mühakimə olunub.

 

Qeyd edək ki, Davud Mahmudi saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb, burun və bel nahiyyəsindən xəsarət almışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN