Abbas Lisani İnqilab Məhkəməsinə çağırılıb - GÖRÜNTÜ

Abbas Lisani İnqilab Məhkəməsinə çağırılıb - GÖRÜNTÜ

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsasən, ərdəbilli fəal aprelin 12-də yerli vaxtla saat 9:30-da məhkəməyə müraciət etməlidir, o “ölkə təhlükəsizliyini pozmağa cəhd göstərən müxalif qruplar yaratmaq və onları idarə etmək”də günahlandırılır.

 

A.Lisani 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimində tutulanlar arasında olub. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq 60 nəfərdən çox fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdır.

 

Əhərin İnqilab Məhkəməsi sözügedən mərasim iştirakçılarından bir çoxunu aprelin 12-də məhkəməyə çağırıb.

 

Xatırladaq ki, A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə uzun illər həbs olunub.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN