Abbas Lisaninin apelyasiya məhkəməsi keçiriləcək

2019-09-13 13:41

GünAz TV: Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi hazırda Ərdəbil zindanında siyasi məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin apelyasiya məhkəməsi üçün vaxt təyin edib.

 

Göndərilən çağırış vərəqəsində tanınmış fəalın sentyabrın 16-da məhkəməyə müraciət etməsi tələb olunub. Apelyasiya məhkəməsində Ərdəbil İnqilab Məhkəməsinin fəal barəsində 8 illik həbs qərarına edilən etiraza baxılacaq.

 

Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi Nasir Ətəbatidir. O ötən aylarda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi tərəfindən bu şöbənin rəisi və Ərdəbil Əyaləti Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub.

 

Nasir Ətəbati bundan əvvəl Ərdəbilin prokuroru olub. Abbas Lisaninin sözügedən dosyesinin iddinaməsi də Nasir Ətəbati tərəfindən hazırlanıb.

 

“Sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək, kürd qövmü ilə savaş məqsədi ilə təbliğat aparmaq, sözdə mədəni qrup adlanan GAMAC-da (təşkilatın əsas qolu) üzv olmaq, həmçinin onun yaradılması və idarəçilində iştirak etmək, sistemə qarşı olan mətbuat orqanlarına müsahibə verərək yalan məlumat yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq kimi ittihamlarla əlaqədar şikayətinizə baxılması üçün təyin olunan vaxtda Apelyasiya Məhkəməsi şöbəsinə müraciət edin.”- deyə çağırış vərəqəsində qeyd olunub.

 

Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

 

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.


Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum oldu. O 8 aydır ki, Ərdəbil zindanında saxlanılır. Soydaşlarımız bu müddətdə fəalın azadlığa buraxılmasını tələb edən bir çox tədbirlər həyata keçirib.

 

Adını çəkdiyimiz tanınmış fəal 20 ildən çoxdur ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. O bu müddətdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib, uzun illər həbs olunub və müxtəlif təzyiqlərlə üzləşib.

 

 

N.S

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10

gun az article

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

2020-08-10

gun az article

Yol qəzasında dünyasını dəyişən milli fəal Bəhmən Xaliqinin qardaşı həbs edilib

2020-08-10

gun az article

Anti-Azərbaycan qüvvələrin təzyiqi nəticəsində Təbrizdə Təkəmçilər heykəli qaldırılıb

2020-08-10

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 794 nəfərə çatıb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib

2020-08-10

gun az article

Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

2020-08-10

gun az article

Güney azərbaycanlı milli fəal təhdid edilib

2020-08-10

gun az article

Güney Azərbaycanın Mərənd vilayətində ətraf mühit faciəsi baş verib

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb

2020-08-09

gun az article

Güney azərbaycanlı milli fəal Əkbər Sadiqi saxlanılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09

gun az article

Güney Azərbaycanda daha 1 həkim koronavirusdan ölüb

2020-08-09

gun az article

Ana dili uğrunda həbs edilən fəalların azadlığını tələb edən  10 mindən çox tvit paylaşılıb

2020-08-09

gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08