Abbas Lisaninin məhkəmə iclası keçirilib, fəal özünümüdafiə mətnini türkcə yazıb...

Abbas Lisaninin məhkəmə iclası keçirilib, fəal özünümüdafiə mətnini türkcə yazıb...

GünAz TV: Martın 7-də Meşginşəhr məhkəməsində  tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib.

 

Məlumata görə, fəal Meşginşəhrin Ümumi Məhkəməsində deyil, İnqilab Məhkəməsinin 1-ci Şöbəsində mühakimə edilib.

 

Sözdə bölücülük və partürkizm ideyası ilə bağlı çıxış etdiyinə görə sistemin əleyhinə təbliğ etməkdə günahlandırılan fəal özünü müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılıb. Fəal irəli sürülən ittihamı növbəti dəfə rədd edərək özünümüdafiə mətnini farsca deyil, türk dilində yazıb və həmin dildə oxuyub. Hakim isə bu dəfə heç bir reaksiya vermədən türkcə yazılmış mətni nəzakətli şəkildə təhvil alıb və məhkəmə iclasını bağlı elan edib.

 

Bundan öncə A.Lisani həmin dosye ilə bağlı 2016-cı il dekabrın 27-də mühakimə edilib. Fəal, məhkəmə prosesi zamanı özünümüdafiə mətnini türk dilində yazdığına görə hakimin sərt etirazına səbəb olub, lakin öz mövqeyini sonunadək müdafiə etmişdir.

 

Tanınmış fəal 2016-cı sentyabrın 9-da meşginşəhrli milli-mədəni fəal Aydın Zakirinin toy mərasiminə qatılaraq gündəlik məsələlərlə bağlı çıxış etmişdir.

 

Xatırladaq ki, A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə uzun illər həbs olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN