Abbas Lisaninin məhkəməyə çağırılmasının səbəbi məlum oldu

Abbas Lisaninin məhkəməyə çağırılmasının səbəbi məlum oldu

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal oktyabrın 10-də məhkəməyə çağırıldıqdan bir gün sonra Ərdəbil İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə müraciət edib.

 

Fəal məhkəməyə müraciət etdikdən sonra məlum olub ki, o mədəni və milli hüquqlar uğrunda apardığı fəaliyyətlərə görə deyil, ötən may ayında oğurluq bəhanəsi ilə mağazasına şübhəli şəkildə daxil olan şəxslər və bu barədə etdiyi şikayətlə bağlı məhkəməyə çağırılıb. Bu haqda geniş məlumat almaq üçün may ayında yayılan xəbərə müraciət edə bilərsiniz: Abbas Lisaninin mağazasının qıfılı gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən sındırılıb

 

A.Lisani məhkəməyə çağırıldığının səbəbini bildikdən sonra bir gün öncə yazılmış çağırış vərəqəsinin yazılma forması və çağırılma səbəbinin konkret qeyd olunmamasına öz etirazını bildirib. O həmçinin guya oğurluq etdiyini etiraf edən şəxsin, bu dosyeyə qurban getdiyini bildirib və öz dəlillərini yazılı şəkildə təqdim edib.

 

“Dosye təşkil olunduğu zaman da qeyd etdim ki, mən mağazaya şübhəli şəkildə daxil olunduğuna inanıram. Mağazaya girənlər təxminən heç nə oğurlamayıblar, onlar sadəcə iş yerində axtarış aparıblar. Bu isə bir və ya neçə oğurunun hərəkətinə bənzəmir. Ona görə də mənim şikayətim oğurluqla bağlı deyil, mən gecə saat 2:30-da rahat şəkildə mağazaya daxil olaraq orada axtarış aparıb,  bəlkə də səs qeydləri yazan gizli cihaz kimi əşyaları yerləşdirən şəxslərin aydınlaşdırılmasını istəyirəm. Bu səbəbdən xahiş edirəm ki, müstəntiq haşiyyəyə çıxmadan araşdırmalarını bu önəmli istiqamətə yönəltsin”- deyə azərbaycanlı fəal qeyd edib.

 

Məhkəmə çərşənbə axşamı günü A.Lisaniyə çağırış vərəqəsi göndərərək ondan 3 gün ərzindən Ərdəbil İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə müraciət etməsini tələb etmişdir. Bu barədə daha geniş məlumat almaq üçün oxuya bilərsiniz: Abbas Lisani məhkəməyə çağırılıb

 

Tanınmış milli-mədəni fəal A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb, o müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN