Abbas Lisaniyə qarşı təzyiqlər davam edir; "Free abbas lisani" Telegram kanalı bağlanıldı - GÖRÜNTÜ

Abbas Lisaniyə qarşı təzyiqlər davam edir;

GünAz TV:  İranda təhlükəsizlik qüvvələrinin tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı təzyiqləri səngimək bilmir.

 

ETTELAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları A.Lisaninin ictimai-mədəni fəaliyyətinə mane olmaq üçün müxtəlif üsullardan istifadə edir. Son məlumata görə, “Abbas Lisani azad edilsin” Telegram kanalı İranın kiber-polisi tərəfindən bağlanılıb, artıq kanala girmək mümkün deyil.

 

"Free abbas lisani" Telegram kanalı, fəal Şirazın Adilabad zindanında həbsdə olduğu zaman yaradılıb, kanalda A.Lisani ilə bağlı xəbər və məlumatlar yayılır. Son günlərdə A.Lisaninin şeir və yazıları yayılmağa başlayınca kanalın fəaliyyətində xüsusi aktivlik müşahidə olunurdu.

 

Xəbər verdiyimiz kimi, ötən günlərdə “Azərbaycan Müstəqil Fəalları” Telegram kanalı da İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) tərəfindən bağlanılıb, onun adminləri isə saxlanılıb. Kanal idarçilərinin kimliyi və harada saxlanıldığı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN