Abdulla Abbasi Cavanın saxlanması haqda son məlumat

Abdulla Abbasi Cavanın saxlanması haqda son məlumat

GünAz TV: Azad Universitet müəllimi mühəndis Abdulla Abbasi Cavan martın 5-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq bu şəhərin Evin zindanına, bir neçə saat sonra isə Rey şəhərinin İnqilab Məhkəməsinə aparılıb.

 

A.Abbasi Cavanın sözlərinə görə, o barəsində çıxarılan həbs cəzasının icrası üçün məhkəməyə aparılıb. Məhkəmə elan edib ki, fəal Novruz bayramından sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Evin zindanına müraciət etməlidir.

 

Azərbaycanlı fəal 2008-ci il noyabrın 13-də Rey şəhərində Milli Sərdar Səttarxanın anım mərasimində iştirak edərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb Evin zindanının təknəfərlik məhbəsində 105 gün saxlandıqdan sonra 2009-cü il fevralın 25-də 70 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Fəal zindanda saxlandığı zaman uzun müddətli aclıq aksiyası keçirib.

 

Həmin zaman Rey Şəhər İnqilab Məhkəməsi fəalı sistemin əleyhinə təbliğdə ittiham etmişdir.

 

A.Abbasi Cavan həmçinin 2007-ci il avqustun 18-də Evin zindanının 209-cü bölümündə 130 gün saxlanılıb, o azadlığa buraxıldıqdan sonra Tehran İnqilab Məhkəməsinin 15-c Şöbəsi tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilmişdir.

 

N.S 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN