Aclıq aksiyasında olan Həbib Sasaniyanın səhhəti ağırlaşıb

Aclıq aksiyasında olan Həbib Sasaniyanın səhhəti ağırlaşıb

GünAz TV: Aprelin 3-dən Təbrizin mərkəzi zindanında quru aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın səhhəti ağırlaşıb.

 

Azərbaycanlı fəal, uzun müddətdir qanunsuz və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

 

Yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkən fəalın vəziyyəti quru aclıq aksiyasına başladıqdan sonra ağırlaşıb, onun bədən müqavimətinin aşağı düşdüyü bildirilir.

 

Fəal fevralın 4-də də səhhəti pisləşdiyinə görə həbsxanadan Sina xəstəxanasına aparılmışdır.

 

Onun müvəqqəti saxlanma müddəti 12-ci aydır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır.

 

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

 

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN