Azərbaycanlı fəal Beytulla Bərzgər məhkəməyə çağırılıb

2017-07-13 08:23

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, Meşginşəhr (Xiyav) sakini Beytulla Bərzgər Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsas, fəal avqustun 8-də məhkəməyə müraciət etməlidir.

 

O sistemin əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmaq məqsədi ilə sistemə müxalif qruplara qatılmaqda ittiham olunur.

 

Beytulla Bərzgər 2014-cü il fevralın 2o-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə iştirak etdiyinə görə saxlanılıb. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə hücum edib, təxminən 80 fəalı yaxalayıb. Mərasimdə tutulan fəalların əksəriyyəti bir neçə gün sonra zəmanətə buraxılıb.

 

Adını çəkdiyimiz fəal həmçinin 2015-ci il noyabrın 12-də Meşginşəhrdə məlum təhqiramiz “Fitilə” televiziya verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında tutulub, o 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

 

Beynəlxalq Ana Dili Günü mərasimi və irqçiliyə qarşı keçirilən etiraz aksiyalarında tutulanların məhkəmə prosesi illərdir davam edir, rejim azərbaycanlı fəalları təzyiq altında saxlamaq üçün onları vaxtaşırı məhkəməyə çağırır.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09